Wednesday, June 27, 2007

Benzin limitinə etirazlar artıb



Benzin limitinə etirazlar artıb

Fars agentliyindən aldığımız xəbər görə, iyunun 26-da dövlət tərəfindən benzinin satışına limit qoymaq layihəsi rəsmi şəkildə həyata keçirilib. Stansiyaların qabağında toplaşan cəmiyyət öz narazılıqlarını göstərərək, təxribata əl vurublar. Cəmiyyət benzinin olmamağına etiraz olaraq bir neçə bank və satış mərkəzlərini talayıb, “Həkimiyyə” benzin stansiyası oda çəkilib və bir çox obyektlərin şüşələrini sındırıblar. Gecə saat 2-dək “Həkimiyyə” stansiyasının çevrəsində olan mağazalar və satış mərkəzləri talan olub və İntizami qüvvəsi heç cürə millətin qabağını ala bilməyib. Bundan əlavə, Tehranın “baftabad” qəsəbəsinin yoxsul əhalisi bu qəsəbədə olan satış mərkəzlərinin bir çoxunu talayandan sonra oda çəkiblər. “ Şəhrvənd” satış mərkəzinin məsulu “Mehr” agentliyinə verdiyi musahibədə bildirib ki, yanqınlardan aldığımız xəsarət oğurluqlardan qat-qat azdır. Hazırda 19 benzin stansiyasına millət tərəfindən hücum olunub. “Həkimiyyə” büsbütün talanıb. Bundan əlavə, Tehranın bir neçə nöqtəsində millət etiraz aksiyaları keçirib. Benzinin satışına limit qoymaq layihəsinə eturaz olaraq Yasuc şəhərinin əhalisi İntizami qüvvələrinə hücum edib. “İLNA” agentliyi verdiyi məlumata görə, Yasucun əhalisi Saat bulvarından Şəhər İcra Hakimiyyətinin qabağınadək yuruyuş edərək, “REFAH” və “Millət” Banmkın oda çəkib, bir çox maşənlara xəsarət yetiriblər. İntizami qüvvəsinin müdaxiləsinə tuş gələn cəmiyyət daş atmaqla bir çox polisi yaralayıblar. Bu aksiya hələ də davam edir.