Wednesday, June 27, 2007

Ədliyyə nazirinə şikayət məktubu

Ədliyyə nazirinə şikayət məktubu
Dünya sülh üzərində Nobel mukafatı almış Şirin Ebadi ədliyyə nazirinə yazdığı mktubda müvəkkilləri Halə İsfəndiyari və Pərnaz Əzimanın azadlığa buraxılçasını tələb edib. “İLNA” agentliyinin verdiyi xəbərə görə, Ş.Ebadi ədliyyə naziri Haşimi Şahrudiyə yazdığı məktubda bildirib : “mənim müvəkkilim H.İsfəndiyari” 40 günə yaxındır ki, təxridxanada saxlanılır və onunla görüşməyə qadağa qoyulub. Bundan əlavə, onun istintaqçısı mənim vəkalətnaməmi almıb, müvəkkilimə imzalatdırmaqdan imtina edib”. Ş.Ebadi əlavə edib:” Mənim müvəkkilim Pərnaz Əzima “Fərda” radiosundan xəbər oxumaq ittihamı ilə tutulub. Onun istintaqından sonra 500 min dollara yaxın maliyə vəsiqə qoyulub. Amma 4 aydan sonra, hələ də onun xaricə getməyinə qoyulan qadağa götürülməyib”. Bunu da xatırladaq ki, H.İsfənçdiyari və Pərnaz Əzimi keçən aylarda amerikadan İrana musafirət etdikdə “ETTELAAT” tərfindən tutulub və hazırda həbsdə saxlanılır.