Millətçilərdən son xəbər
Qoşaçayda 2007-ci il mayın 22-də tutulan bəzi millətçilər vəsiqə zəmanəti sərbəst buraxılıblar. “ASMEK” agentiliyinin verdiyi xəbərə görə, Behbud Qulizadə və Cəlal Kudərilu hər biri 25 min dollar vəsiqə ilə sərbəst buraxılıblar, bunlardan əlavə 5 nəfər milli hərəkatçı isə azadlığa buraxılıb.
Bunu da xatırladaq ki, jornalist, Yazıçı və Milli Hərəkatçı Səyid Mətinpur “Evin” həbsxanasında işgəncə altındadır.
S.Mətinpur fiziki və ruhi ağır işgəncələr altındadır. “Evin” türməsinin işgəncə verənləri təhqir edici davranışlarla həm Səyid bəyi həmdə Cəlil Qənilunu işgəncə verirlər. Xatırladaq ki, bu iki millətçi təhlükəsizlik orqanları tərəfindən 2007-ci ilin may aksiyalarında oğurlanıb. Bundan əlavə milli fəalların həbsi Zəncan şəhərində davam edir. Hüseyin Rəhməti milli hərəkatçılardan biri olaraq Zəncanın Ettelaat məmurlari tərəfindən iş yerində yaxalanıb. Onun harada saxlanılmasından heç bir məlumat əldə yoxdur. Hazırda 4 nəfər zəncan fəallarından həbsxanada saxlanılır.
əlavə edək ki, Əkbər Paşayı Urmu universitetinin sonuncu kursunun tələbəsi həbs olunub Ə.Paşayinin qardaşından aldığımız məlumata görə, Əkbər Məhkəmədə özünü çox ciddi və əsaslı müdafiə etdiyinə görə, hakim əsəbləşib və məhkəmədə heç bir cəza hökmü verilmədən hələlik onun həbsdə saxlanılmasına əmr edib.