Ərdəbil həbsxanasının qabağında tutulanların durumu
Abbas Lisaninin həbsinə etiraz edən 20 nəfərdən çox hərəkatçıların taleindən hələdə xəbər yoxdur. Gamoh agentliyindən aldığımız xəbərə görə, onların həyatları və canları ciddi təhlükə altındadır.
Davud Məhəmmədi, Huseyin Məhəmmədi, Həsən Əsədi, Peyman Bəhrami və Nasir Bədir 5 aydan artıqdır ki, Ərdəbir həbsxanasının qabağında A.Lisaninin həbsinə etiraz edərək tutulub, qeyri qanuni olaraq saxlanılıb və onların durumundan heç bir məlumat əldə yoxdur. Onlar harda saxlanılmalları da bəlli deyil və işkəngə olmaları istisna olunmur.
Xatırladaq ki, 2007-ci il fevralın 9-da yaxalanan bu milli hərəkatçılar, Abbas bəyin qeyri qanuni hebsi ilə etiraz aksiyasinda iştirak etmişdilər və hakimlərin Abbas bəyin barəsində verdikləri hökmün qeyri-qanuni olduğunu bildirmişlər. Bu millətçilər hələdə Ettelaatin gizli təcridxanalarinda işgəncə altındadılar.
Bunuda əlavə edək ki, Gəstab Vasiqi və Mahmud Aslani başqa iki hərəkatçi həmin aksiyada yaxalanıb, 3 aya yaxın Ettelaatda işgəncə və sorğu-sualdan sonra Ərdəbil türməsinin 7-ci korpusunsa göndərilib, 105 gün həbsdən sonra vəsiqə zəmanəti ilə azadlığa buraxılıblar.
Yaxalanan millətçilərin hələdə 20-dən çoxu naməlum yerdə saxlanılır və təhlükəsizlik orqanları hələdə bu barədə heç bir məlumat vermir. Bundan əlavə, onların ailələri dəfələrlə Ettelaat tərəfindən hədələnib.