
"Lal-kar" terrorçu: "İrandan dəstək alırıq"
İsrail hərbçiləri dünən İordan çayının qərb sahilində Muhəmməd əbu əl Qeycunu güllələyiblər. Öldürülən fələstinli FATH-ın hərbi qanadı olan "Əl Əqsa mücahidləri dəstəsi"nin səhra komandiriydi.
Fələstin Milli Muxtariyyətinin prezidenti Mahmud Abbasın israrlı tələblərinə rəğmən, İsrail İordan çayının qərb sahilində hərbi əməliyyatlarını davam etdirir.
Bu arada Livandakı "Hizbullah" qruplaşmasının partlayışlar üzrə aparıcı mütəxəssislərindən biri sayılan Əli Musa Dəkduk İrana çalışdığını etiraf edib. CNN telekanalına ABŞ-ın kəşfiyyat orqanlarından verilən məlumatlarına görə, mart ayında İraqın cənubundakı Bəsrə şəhərində tutulan Dəkduk 4 həftə özünü lal-karlığa vurmuş, yalnız amerikalıların ona kim olduğunu deyəndən sonra "dili açılmışdı".
Dəkduk İraqdakı şiə mücahidlərinin xüsusi dəstələrindən birinin komandiri Qüvays Xəzalinin ələ keçirilməsi məqsədilə aparılan əməliyyatda tutulmuşdu. Xəzali Kərbəla şəhərində amerikalı əsgərlərə hücum edərək, bir neçə amerikalı əsir götürmək, sonra da onları ABŞ hərbçilərinin Ərbil şəhərində əsir aldıqları 5 iranlıya dəyişmək istəyirdi.
Amma Xəzalinin məqsədi baş tutmadı və onun hücumu 5 amerikalı əsgərin həlak olmasıyla nəticələndi.
ABŞ kəşfiyyatı bildirir ki, İran hazırda İraqda xüsusi təyinatlı şiə mühacidləri dəstələri hazırlayır: bu dəstələr Livandakı "Hizbullah"ın analoqlarıdır.
Kəşfiyyatçıların dediyinə görə, İran illərdən bəri maliyyələşdirdiyi "Hizbullah"dan İraqa təlimatçılar göndərərək orada "xüsusi təyinatlı dəstələr" yaradılmasını tələb edib. "Hizbullah" bu əmrdən çıxa bilməyib.
Vaşinqton indiyədək İrandan dəfələrlə tələb edib ki, İraqla sərhədinə nəzarəti gücləndirsin. İranın nüvə proqramı ilə bağlı böhranın ciddiliyini nəzərə alsaq, ABŞ-ın Tehrana qarşı son ittihamları situsiyanı daha da ağırlaşdırır.
Engiltərə də çap olan “Sun” qəzetinin verdiyi xəbəərə görə, İran rejiminin vertoliyotları İraq sərhədlərini aşaraq “ Sipah Pasdaran” hərbi qüvvələrini İraqın cənub bölgələrinə boşaldıb. Hərbi qüvvələr indiyə tək çoxlu təxribat aparıb, ingiliz əsgərlərini həlak edib. Adı çəkilən mənbə bildirib ki, biz İranla konkret müharibədəyik ancaq heç bir tərəf müharibəni rəsmən elan etmiyib. İranın bomba və raket partlayışları nəticəsində 46 əsgərimiz həlak olub. ABŞ Xarici İşlər Nazirinin müavinlərindən biri Ceymz Cefrinin dediklərinə əsasən, İraqda baş verən təxribatı iranın “ Sipah Pasdaran” xüsusilə “ Qüds” hərbi qüvvələri törədib. O, həmçinin, Əfğanistan və Fələstində olan təxribatda İranını suçlandırıb.
Londonda çap olan “Əlhəyat” dərgisində isə, İran terrorçuluğunun orta asiyada istisnasız rol oynadığını vurğulayaraq bildirib ki, İran rejimi yaralı ilan kimi tələyə düşüb, öz zəhərini hər yerə dağıfır.