Friday, June 8, 2007

Qadın hüquq müdafiəçiləri yeni bəyan namə hazırlayıb






2006-ci il Mayın 12-də qadın haqlarının pozulması ilə bağlı keçirilən aksiyaların ildönümü ərəfəsəsində, İranda qadın hüquq müdafiəçiləri yeni bəyan namə ilə internetdə imza almağa başladılar. əsirlər boyu qadınların məhdudiyyətlərini, təzyiqlərini və haqlarını tələb etmək iddiası iləTehranın “hafte-tir” xiyabanında keçirilən bu aksiyada qadın haqları daha ciddi şəkildə gündəmə çıxarıldı. Bu aksiyalardan törənən tələbələr aksiyası, bərabərlik üçün “bir milyon imza” kompanisinin fəaliyyətə başlaması və yeni qeyri-rəsmi qadın hüquq müdafiəçi təşkilatlar yarandılar. Ancaq molla rejiminin hədsiz-hesabsız nəzarətləri və repressiyalarına məruz qalanlarda az olmayıb. Keçən ildən bəri biz daha çox tutulmaların, ittihamların, çağırışların, məhkəmələrin və cərimələrin şahidi olduq. Rəsmi statistikalara əsasən, keçən ildən bəri, 121 qadın hüquq müdafiəçisi tutulub, bir milyon dollardan artıq vəsiqə zəmanəti qoyulub, 14 şərtli həbs və 9 qəti həbs cəzası verilib. Molla rejimi keçən aydan bəri nə təkcə qadın hüquq müdfiəçiləri və qadınlara, bəlkə, bütün İran cəmiyyətinə artırıb. Bir çox qdınlarımız yalnız səliqələri kimi geyindiyinə görə İntizami polis qüvvələrinin inanılmaz reaksiyaları və hücumlarına məruz qaldılar. Rəsmi statistikalara əsasən, İranın müxtəlif bölgələrində indiyədək 14635 qadın tutulub və 67000 nəfərdən iltizam alınıb və tapşırıq verilib. Cinayətkar molla rejimin bu repressyalardan qadınları qorxudub və onları ictimayi fəaliyyətdən daha artıq məhrum eləməkdir. Keçən bir ay içində tələbə fəallar daha artıq repressiyalara məruz qalmış. Bundan əlavə bir çox tələbə fəal qızlara universitetə daxil olmağa qadağa qoyulub. Məhdiyə Qolru, mandana Çətri, Fəhimə şucai, Həmidə hüseyni, Məryən Seyidkərimi və Əsəl Əxəvan bir neçə ilə qədər universitetə daxil olmaq haqları yoxdur. Surəyya Darayi və Təyyibə Mirzayi iki müəllimə qadın, aksiyalarda içtirak ediyi üçün həbsxanada saxlanılıb. Bunlardan əlavə qadınlar xiyabnalarda polis tərəfindən döyülməsi, təhqir olunması və təzyiqlərə məruz qalmasını pisləyən qadın hüquq müdafiəçiləri, bu vəhşiyyətlərə son qoymaq niyyəti ilə iranlı vətəndaşlarını bəyannamənin imzalamğa çağırdı.