Thursday, June 21, 2007

Oğlunun şəhid oğlunun gizlədib


2006-cı ilin mayında Güney Azərbaycanda keçirilən etiraz aksiyalarında ETTELAAT əməkdaşlarının qətlə yetirdiyi milli fəallardan daha birinin adı məlum olub. Güney Azərbaycandakı mənbələrdən «Media forum»a verilən məlumata görə, qətlə yetirilmiş milli fəal təbrizli balası, Şəbüstər Universitetinin tələbəsi Sina Tariqdir.
S.Tariqin atası Təbriz bazarında xalça ticarəti ilə məşğul olur. O, oğlunun qətlə yetirilməsi xəbərini gec yaymasını ETTELAAT-ın hədələriylə əsaslandırıb. Atanın dediyinə görə, ETTELAAT əməkdaşları qətlə yetirdikləri milli fəalın meyitini ailəsinə təhvil verdikdən sonra bu barədə heç kimə məlumat verməmək barədə xəbərdarlıq ediblər. S.Tariqin atasına bildiriblər ki, oğlunun ölüm xəbərini yaysa, ailəsini müxtəlif təhlükələr gözləyəcək. Məhz bu təhdiddən ehtiyatlanan milli fəalın ailəsi bu günə qədər susmaq məcburiyyətində qalıb.