Tuesday, July 3, 2007

Qadın hüquq müdafiəçilərinə gözlənilməz cəzalar

Qadın hüquq müdafiəçilərinə gözlənilməz cəzalar

Qadın hüquq müdafiəçisi Delaram Əli iyulun 2-də İnqilab məhkəməsinin 15-ci şöbəsinə çağırılıb. Hakim Sələvati D.Əlini 2006-ci il iyunun 22-də Tehranın “Həfte-tir” bulvarında keçirilən aksiyada iştirak etdiyinə görə, 34 ay qəti həbs və 10 zərbə şallağa cəzalandırdı. Hakim Sələvati qanunun 500, 610 və 618 maddələrinə əsasən, D.Əlinini “rejim əleyhinə mənfi təbliğat” ittihamı ilə 6 ay, “aksiya da iştirak etmək” ittihami ilə 2 il və “milli təhlükəsizliyi pozmaq” ittihami ilə 4 ay və 10 zərbə şallağa məhküm etdi. bundan əlavə, qadın hüquq müdafiəçilərindən bir çoxları da cəzlandırılıb.
1- Fəriba Davudi Muhacir, 3 il şərti həbs və bir il qəti həbs
2- Nuşin Əhmədi Xurasani, 30 ay şərti həbs və 6 ay qəti həbs
3- Pərvin Ərdəlan , 30 ay şərti həbs və 6 ay qəti həbs
4- Şəhla Ənsari, 30 ay şərti həbs və 6 ay qəti həbs
5- Susən Təhmasubi, 18 ay şərti həbs və 6 ay qəti həbs
6- Azadə Forqani, 2 il şərti həbs
7- Bəharə Hidayət, 2 il şərti həbs
8- Məryəm Ziya, Nəsin Sultanbeygi və Aliyə Əqdəmdustun hökmləri isə indiyədək elan olunmayıb.

İran terrorçuluğu ilə bağlı son xəbərlər



"Lal-kar" terrorçu: "İrandan dəstək alırıq"

İsrail hərbçiləri dünən İordan çayının qərb sahilində Muhəmməd əbu əl Qeycunu güllələyiblər. Öldürülən fələstinli FATH-ın hərbi qanadı olan "Əl Əqsa mücahidləri dəstəsi"nin səhra komandiriydi.
Fələstin Milli Muxtariyyətinin prezidenti Mahmud Abbasın israrlı tələblərinə rəğmən, İsrail İordan çayının qərb sahilində hərbi əməliyyatlarını davam etdirir.
Bu arada Livandakı "Hizbullah" qruplaşmasının partlayışlar üzrə aparıcı mütəxəssislərindən biri sayılan Əli Musa Dəkduk İrana çalışdığını etiraf edib. CNN telekanalına ABŞ-ın kəşfiyyat orqanlarından verilən məlumatlarına görə, mart ayında İraqın cənubundakı Bəsrə şəhərində tutulan Dəkduk 4 həftə özünü lal-karlığa vurmuş, yalnız amerikalıların ona kim olduğunu deyəndən sonra "dili açılmışdı".
Dəkduk İraqdakı şiə mücahidlərinin xüsusi dəstələrindən birinin komandiri Qüvays Xəzalinin ələ keçirilməsi məqsədilə aparılan əməliyyatda tutulmuşdu. Xəzali Kərbəla şəhərində amerikalı əsgərlərə hücum edərək, bir neçə amerikalı əsir götürmək, sonra da onları ABŞ hərbçilərinin Ərbil şəhərində əsir aldıqları 5 iranlıya dəyişmək istəyirdi.
Amma Xəzalinin məqsədi baş tutmadı və onun hücumu 5 amerikalı əsgərin həlak olmasıyla nəticələndi.
ABŞ kəşfiyyatı bildirir ki, İran hazırda İraqda xüsusi təyinatlı şiə mühacidləri dəstələri hazırlayır: bu dəstələr Livandakı "Hizbullah"ın analoqlarıdır.
Kəşfiyyatçıların dediyinə görə, İran illərdən bəri maliyyələşdirdiyi "Hizbullah"dan İraqa təlimatçılar göndərərək orada "xüsusi təyinatlı dəstələr" yaradılmasını tələb edib. "Hizbullah" bu əmrdən çıxa bilməyib.
Vaşinqton indiyədək İrandan dəfələrlə tələb edib ki, İraqla sərhədinə nəzarəti gücləndirsin. İranın nüvə proqramı ilə bağlı böhranın ciddiliyini nəzərə alsaq, ABŞ-ın Tehrana qarşı son ittihamları situsiyanı daha da ağırlaşdırır.
Engiltərə də çap olan “Sun” qəzetinin verdiyi xəbəərə görə, İran rejiminin vertoliyotları İraq sərhədlərini aşaraq “ Sipah Pasdaran” hərbi qüvvələrini İraqın cənub bölgələrinə boşaldıb. Hərbi qüvvələr indiyə tək çoxlu təxribat aparıb, ingiliz əsgərlərini həlak edib. Adı çəkilən mənbə bildirib ki, biz İranla konkret müharibədəyik ancaq heç bir tərəf müharibəni rəsmən elan etmiyib. İranın bomba və raket partlayışları nəticəsində 46 əsgərimiz həlak olub. ABŞ Xarici İşlər Nazirinin müavinlərindən biri Ceymz Cefrinin dediklərinə əsasən, İraqda baş verən təxribatı iranın “ Sipah Pasdaran” xüsusilə “ Qüds” hərbi qüvvələri törədib. O, həmçinin, Əfğanistan və Fələstində olan təxribatda İranını suçlandırıb.
Londonda çap olan “Əlhəyat” dərgisində isə, İran terrorçuluğunun orta asiyada istisnasız rol oynadığını vurğulayaraq bildirib ki, İran rejimi yaralı ilan kimi tələyə düşüb, öz zəhərini hər yerə dağıfır.

Təbriz universitetinin oturaq aksiya keçirən tələbələri müxtəlif müddətə təhsildən məhrum ediliblər

Təbriz universitetinin oturaq aksiya keçirən tələbələri müxtəlif müddətə təhsildən məhrum ediliblər

İranda Azərbaycan milli hərəkatının tanınmış nümayəndələrindən olan Nadir Məhd Qarabağın həbsinə etiraz olaraq dəfələrlə Təbriz Universitetində oturaq etiraz aksiyası keçirmiş tələbələrdən 10 nəfəri iki semestr, 3 nəfəri isə bir semestr müddətinə təhsildən məhrum edilib.
«Media forum» saytının məlumatına görə, azərbaycanlı tələbələr universitet daxilində asayişi pozmaqda günahlandırılıblar.
Güneydən «Media forum»a daxil olan daha bir məlumatda bildirilir ki, 2006-cı ilin may-iyun aylarında keçirilən etiraz aksiyalarına görə Sulduz şəhərində tutulmuş milli fəal Əmir Fərahaniyə öz ailəsi ilə görüşməyə icazə verilmir.
İki övlad atası olan Ə.Fərahani separatçılıqda və pantürkist qrupları yaratmaqda günahlandırılır. Onun zindanda müxtəlif işgəncələrə məruz qaldığı bildirilir.