Monday, June 11, 2007

Qadın hüquq müdafiəçisi tutuldu


Qadın hüquq müdafiəçisi tutuldu

Qadın hüquq mudafiəçi kompanisi və “WE-CHANGE” (Bərabəlik üçün dəyişmək) agentliyindən aldığımız xəbərə görə, iyunun 12-si aksiyasının ərəfəsində, “ bir milyon imza” kompanisinin fəali Zeynəb Şadfər, iyunun 10-da saat 13-də tutulub. E.Şadfərin qızı Məryəm Təqəvinin dediklərinə əsasən, E.Şadfər ilə qadın hüquq müdafiəçi rəfiqəsi Ettelaat məmurları tərəfindən evdən eşiyə çağırılıb və qapının qabağında onları tutublar. Məmurlar heç bir sənəd yoxsa hökm göstərməkdən imtina edərək bildiriblər ki, bu iki fəal qadın bir saatlıq istintaq üçün aparılır və sonra azadlığa buraxılacaqlar. Ancaq Ettelaat bu iki qadını Nilufər xiyabanında 104-cü polis şöbəsinə aparıb, sonra “Vozəra” həbsxanasına göndəriliblər


AZƏRBAYCAN MİLLİ FƏALLARINDAN BƏZİLƏRİ ZAMİNƏ BURAXILIB, BƏZİLƏRİ İSƏ TEHRAN HƏBSXANASINA KÖÇÜRÜLÜB


2006-cı il mayın 22-də Təbrizdə keçirilən etiraz aksiyalarının ildönümü ilə əlaqədar İranın müxtəlif şəhərlərində tutulan milli fəallardan bir neçəsi ağır mülk girovu müqabilində zaminə buraxılıb.


«Media forum» saytının məlumatına görə, Mənsur Xudapərəst (Urmiyada «Saderat» bankının işçisi), Bağır Əhmədiyan, Cəfər Kərimpur, Mirəziz Hüseyni və Qafur Həbibpur zaminə buraxılanlar arasındadır. 20 gün həbsdə yatandan sonra azadlığa çıxan Q.Həbibpurla birgə tutulmuş dostu Rövşən Nejadın hələlik harda saxlandığı bəlli deyil.

Urmiyanın Vəliəsr şəhərciyində fəaliyyət göstərən «Azərbaycan» kafesinin sahibi İrəc Xudayi də hələ ki, həbsdədir.

Digər bir məlumatda bildirilir ki, mayın 25-də ETTELAAT-ın Sulduzdakı idarəsi tərəfindən tutulan və zindanda müxtəlif işgəncələrə məruz qalan milli fəal Səyavuş Əziz Əkrəm Sulduz İnqilab Məhkəməsinin qərarı ilə 70 milyon tümənlik cəriməyə və 100 şallaq zərbəsinə məhkum edilib.

22 may etiraz aksiyalarının ildönümü zamanı Zəncanda tutulan milli fəallar Səid Mətinpur və Cəlil Qənilu Tehran həbsxanalarının birinə köçürülüblər. Onların nə səbəbdən Tehrana köçürüldüyü və hansı zindanda saxlandığı bilinmir.


İRAN BMT-yə ABŞ-dan ŞİKAYƏT EDİB


İran Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, İran hökuməti BMT-nin baş katibinə məktubla müraciət edib.

Məktubda ABŞ-ın İrana qarşı apardığı gizli fəaliyyətə kəskin etiraz bildirilir.

Məktubda deyilir ki, ABŞ geniş casus şəbəkəsi yaradıb öz agentlərini İrana göndərərək müxtəlif yollarla ölkədə hökumətə qarşı təxribat yaratmağa cəhd göstərir. Müraciətdə ABŞ-ın İran qaçaqmalçılarını da silahlandırdığı vurğulanır.

Xatırladaq ki, son aylarda İran hökuməti İran əsilli bir neçə ABŞ vətəndaşını (Vaşinqtonda fəaliyyət göstərən Vudro Uilson Məkəzinin Orta Şərq məsələləri üzrə direktoru Halə İsfəndiyari, «Radio Fərda»nın müxbiri Nazi Əzima, «Soros» Fondunun müşaviri Kəyan Tacbəxş və Əli Şakiri) ABŞ-ın xeyrinə casusluqda günahlandıraraq həbs edib.



Ötən həftənin sonunda İsrail hökuməti İran prezidenti Mahmud Əhmədinejaddan BMT Təhlükəsizlik Şurasına şikayət etmişdi.